RU

Bakının bəxti açılmayan ESKALATORLARI – Cavabdeh qurum dəfələrlə qaldırılan problemi niyə HƏLL etmir? – VİDEO

Bizim.Media-nın dəfələrlə gündəmə gətirdiyi məsələlərdən biri də şəhərin mərkəzində, xüsusilə isə Heydər Əliyev sarayının qarşısındakı keçidlərdəki eskalatorların işləməməsidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bir ildir həll olmayan PROBLEM – Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt AÇILACAQ? – VİDEO  


Qeyd edək ki, Mərkəzi Bank istiqamətindən Heydər Əliyev Sarayının qarşısındakı əraziyə çıxmaq üçün istifadə olunan keçidin eskalatorlarının ikisi-aşağı enən, digər tərəfdə isə yuxarıya qalxan eskalator xeyli müddətdir ki, çalışmır. 

Sarayın yaxınlığında olan (Bülbül prospekti 33) yeraltı keçiddəki eskalatorlar isə 2 ilə yaxındır ki, işləmir.

Keçidin üçüncü çıxışında adi pilləkən var və istifadəçilərin çoxu o pilləkənlərdən istifadə edir. Bunun da səbəbi çalışmayan eskalatorla yuxarıya qalxmağın, eləcə də aşağı düşməyin çətinlik yaratmasıdır. Vətəndaşların haqlı narazılığına səbəb olan problem isə aylardır aidiyyəti qurumlar tərəfindən görməzlikdən gəlinir. 

Bizim.Media iki ilə yaxındır ki, məsələni ictimailəşdirsə də,  problem həllini tapmır. Daha doğrusu məsələ mediada işıqlandırılan kimi sözügedən ünvandakı eskalatorlardan biri işə düşür, amma bu “fəaliyyət” çox çəkmir. Məsələ unudulan kimi, yenə də “köhnə hamam, köhnə tas...” 

Nəzərə almaq lazımdır ki, Heydər Əliyev Sarayı, Qış Parkı və Mərkəzi Banka çıxan bu keçidlərdən istifadə daha intensivdir.

Hər dəfə olduğu kimi bu dəfə də məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Amma qurumdan heç bir cavab ala bilmədik. 

Ümid edirik, məsələ növbəti dəfə ictimailəşdirməyimizə ehtiyac qalmadan həllini tapar. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

Избранный
9
2
bizim.media

3Источники