RU

14 dostunu sianidlə öldürən Taylandlı qadın ölüm cəzasına məhkum edilib

14 dostunu sianidlə öldürən Taylandlı qadın ölüm cəzasına məhkum edilib

Taylandda yaşayan 36 yaşlı Sararat Rangsivusaporn dostunu sianidlə öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Ümumilikdə 14 qətldə günahlandırılan Sararatın qumar aludəçisi olduğu və qurbanlarını zəhərləyərək öldürmədən əvvəl minlərlə dollar aldatdığı iddia edilir.Keçən ilin aprelində Sararat dostu 32 yaşlı Siriporn Xanvong ilə Banqkokun qərbindəki Ratçaburi rayonunda Buddist ritualına qatılıb. Ancaq Siriporn ritualdan sonra xəstələnib və ölüb. Müayinə nəticəsində onun bədənində sianid izləri aşkar edilib. Polis Siripornun çantasının, pulunun və telefonunun yox olduğunu müəyyən edərək Sararatı saxlayıb.Məlum olub ki, Sararat qumara aludə olub və borclarını ödəyə bilmədiyi üçün dostlarını hədəf alıb. Polis şübhəlinin qurbanlarına zəhərli bitki kapsulları verdiyini və borclarını geri istəyən insanları öldürdüyünü açıqlayıb. Onun zərərçəkmişlərdən birindən 300 min baht aldığı, daha sonra borcunu qaytara bilmədiyi üçün qətli törətdiyi müəyyən edilib.Şübhəlinin ümumilikdə 15 nəfəri hədəf aldığı, lakin bir qurbanın sağ qalmağı bacardığı açıqlanıb.Məhkəmə qərarından sonra Siripornun anası Sonqpin Kiatçanasiri “Ədalət yerini tapdı. Mən qızıma demək istəyirəm ki, bu dünyada ədalət hələ də var" ifadələrini işlədib. Lakin Sararatın məhkəmə zamanı biganə münasibəti və gülümsəməsi zərərçəkmişlərin yaxınlarının sərt reaksiyasına səbəb olub.Sararatın keçmiş həyat yoldaşı, keçmiş polis kapitanı və vəkili də cinayət ortağı kimi mühakimə olunub. Onun keçmiş həyat yoldaşı 16 ay, vəkili isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş həyat yoldaşının Sararatın bəzi cinayətlərində iştirak etməsi ilə bağlı iddialar da gündəmə gəlib.Sararat ümumilikdə 80 ittihamla üz-üzədir və qarşıdakı dövrdə daha 13 ayrı cinayət işi üzrə mühakimə olunacaq. Tayland son illərdə sianidlə zəhərlənmə hallarının artması ilə gündəmdədir. Sararatın işi ölkədə böyük təsir bağışlasa da, məhkəmə həmçinin şübhəlinin Siripornun ailəsinə 2 milyon baht təzminat ödəməli olduğuna qərar verib.Mənbə: BBC

Избранный
19
1
afn.az

2Источники