RU

Lənkəran İH-lə “Azərbaycan Dəmir Yolları” məhkəmə çəkişməsində

Lənkəran şəhər İcra Hakimiyyəti ilə “Azərbaycan Dəmir Yolları” QSC məhkəmədə üz-üzə gəlib.

Tribunainfo.az xəbər verir ki, iddianı “Azərbaycan Dəmir Yolları” qaldırıb. Prosesdə maraqlı tərəf kimi Şərifova Natavan Sudef qızı da iştirak edir. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.
İş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilib. 18 dekabr tarixində hakim Fehruz Abbasovun sədrliyi ilə işə baxılacaq.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən

Избранный
20
tribunainfo.az

1Источники