RU

Azərbaycanda gender-əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya start verilir

BMT-nin Əhali Fondu (UNFPA) Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizəyə töhfə vermək məqsədilə 16 Günlük Fəallıq Kampaniyasına başlayır. Kampaniya Yaponiyanın "Takeda Pharmaceuticals Company Limited" əczaçılıq şirkətinin maliyyə dəstəyi ilə UNFPA tərəfindən həyata keçirilən "Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində reallaşacaq. 

"Rəqəmsal dünyanı qadinlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altinda 16 Günlük Fəallıq Kampaniyasının builki hədəfi texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizədir. Bu növ zorakılıq qadınlara qarşı təhqir, təqib, şantaj və şəxsi məlumatların icazəsiz paylaşılması kimi müxtəlif formalarda özünü göstərə bilər. Sosial media, mesajlaşma platformaları və digər rəqəmsal vasitələrdən istifadə zamanı bu cür zorakılıqla qarşılaşma halları daha çox ola bilər. 


Kampaniyanın məqsədi ictimai məlumatlılığı artırmaqla qadınlara və qızlara qarşı zorakılığa diqqət çəkmək, texnologiyaların onlara qarşı zorakılıq vasitəsi kimi istifadə olunmasının qarşısını almaq, qadın və qızları texnologiyalardan təhlükəsiz istifadə qaydaları haqda məlumatlandırmaqla texnologiyadan istifadə vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmləri ilə təmin etməkdir.


Layihə çərçivəsində müxtəlif kommunikasiya kanalları vasitəsilə gender bərabərliyi, qadınların hüquqları və zorakılığa qarşı müdafiə yollarını vurğulayan materiallar yayımlanacaq. 


Bununla yanaşı, Bakı şəhərində, həmçinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində genişmiqyaslı məlumatlandırma sessiyaları təşkil olunacaq. Məktəblərdə və icmalarda keçiriləcək məlumatlandırırma sessiyaları vasitəsilə 1800-dən çox insana qadınlara qarşı müxtəlif texnologiyalardan istifadə vasitəsilə törədilən zorakılıq halları və buna qarşı mövcud müdafiə mexanizmləri barəsində məlumat veriləcək.

www.anews.az
Избранный
12
23
anews.az

10Источники