RU

 Hasan Oktay: Suriyada Türkiyə və Amerika strategiyaları tez-tez toqquşur

Trampın Suriya siyasətində hansı kursu izləyəcəyini gözləmədən əvvəl Türkiyənin PKK-ya qarşı böyük bir sərhəd əməliyyatı keçirməsi vacibdir

Trampın Suriyada nə edəcəyi ilə bağlı hələlik kifayət məlumat yoxdur. Bununla belə, onun bəzi yanaşmalarına əsaslanaraq, nə edə biləcəyi ilə bağlı proqnozlar var. Lakin bunu əsas götürsək, düzgün dəyərləndirmə aparmaya bilərik. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. Nazir bildirib ki, ABŞ Suriyada PKK ilə əməkdaşlıq etdikcə Türkiyə ilə bağlı strateji problem məsələsi təbii ki, davam edəcək. Təhlükəsizlik yönümlü xarici siyasət yürüdən ABŞ əslində Türkiyəni başa düşmək üçün ən yaxşı vəziyyətdə olmalıdır. Bizim vəzifəmiz həm diplomatik gedişlərimizlə, həm də meydandakı addımlarımızla bu məsələdə mövqeyimizi açıq şəkildə nümayiş etdirməkdir. ABŞ Tramp dövründə Suriyadan çəkilmək istədi, buna cəhd etdi. Lakin o vaxtkı ABŞ sistemi buna məhəl qoymadı və razılaşmadı. Prezidentin birbaşa göstərişinin müdafiə bürokratlarının gözündə o qədər də hərbi əhəmiyyət kəsb etmədiyi müşahidə olundu. Təbii ki, Tramp keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır. 


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a bildirib ki, seçki prosesi zamanı Tramp Ukrayna məsələsindən və Amerikanın dünyanın müxtəlif yerlərində apardığı müharibələrdən geri çəkiləcəyini bəyan etmişdi:

"Bu vədləri nəzərə alan Amerika xalqı Trampa daha bir şans verdi. Onun ilk dövründə dövlət aparatı ilə münasibətləri o qədər də güclü deyildi. İndi Trampın yoluna heç bir maneə olmadan təkbaşına hərəkatda iştirak etmək imkanı yaranıb. Amerika Trampın dövründə Suriya məsələsində müəyyən məqamlardan geri çəkilmək iradəsini ortaya qoysa da, Trampla dövlət aparatının uyğunsuzluğu səbəbindən bu geri çəkilmə gözlənildiyi kimi baş tutmadı. Ümumiyyətlə Suriyada Türkiyə və Amerika strategiyaları tez-tez toqquşur. Xüsusilə terror təşkilatı PKK, PYD, YPG ilə bağlı Amerika və Türkiyə arasında fərqli bir perspektiv ortadadır. Vaşinqona görə, sözügedən qruplaşmalar İraqda olduğu kimi regionda Amerikanın terror aparatı kimi fəaliyyət göstərəcəkdi. ABŞ bu təşkilatlardan xüsusilə İŞİD-ə qarşı istifadə edirdi. Türkiyə isə bu məsələlərdə daim Amerika ilə qarşılaşıb, fikirlərini açıq və aydın şəkildə ifadə edib. İndi Ankara regionda Vaşinqton ilə münasibətlərini gündəmə gətirərkən, Amerikanın bu təşkilatlarla əlaqəsini kəsməsini istəyir. Yəni Amerikadan ən açıq şəkildə soruşur ki, terror təşkilatları ilə əlaqə qurmaq istəyirsiniz, yoxsa Türkiyə ilə?".

H.Oktay əlavə edib ki, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu bölgədəki tarazlığı yenidən aktivləşdirdi:
"PKK,YPG, PYD Amerikanın bölgədəki aparat təşkilatları olduğuna görə, hazırda İsraillə birgə hərəkət edir. Yəni Türkiyənin HƏMAS, Hizbullah ilə bağlı İsraili tənqid etməsinə cavab olaraq İsrail onları Türkiyəyə qarşı səfərbər edib. ABŞ isə bölgədə Türkiyə olmadan Yaxın Şərq siyasətinin inkişaf etdirilməsi riskini bildiyi üçün Ankara ilə bir çox mövzuda məsləhətləşmələr aparır. Trampın ilk dövründə Suriyadan qoşunları çıxarmaq və bu aparat təşkilatları vasitəsilə bölgədə olmaq istəyinə yeni dövrdə necə cavab veriləcək? Ümumiyyətlə İsrail və Amerika bir tərəfdən bölgədə İran adından İsrailə qarşı proksi savaş aparan təşkilatları təmizləyərkən Türkiyəyə qarşı yeni aparat yaradılması qəbuledilməzdir. Bu mənada Türkiyə İsrailin Hizbullahla mübarizəsini misal gətirərək təcili olaraq PKK-ya qarşı əməliyyat keçirməlidir. Yəni yanvarın 20-də andiçmə mərasimindən sonra Trampın Suriya siyasətində hansı kursu izləyəcəyini gözləmədən əvvəl Türkiyənin PKK-ya qarşı böyük bir sərhəd əməliyyatı keçirməsi mütləqdir. Bunun qanuni əsası İsrailin Hizbullaha qarşı mübarizəsidir”.
Избранный
15
sherg.az

1Источники