RU

İranda yüzlərlə tibbi işçisi tətil edib

İranın Xuzistan əyalətinin Əhvaz şəhərindəki İmam Xomeyni adına xəstəxananın yüzlərlə səhiyyə işçisi və tibb bacısı tələblərinin ödənilməməsinə etiraz olaraq tətil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ir.voanews.com” məlumat yayıb.

Məlumata görə, onların arasında tibb bacıları, cərrahiyyə əməliyyatının texnikləri, xidməti işçiləri də var. Xəstəxananın qarşısına toplaşan aksiyaçılar işləməkdən imtina edib.

Tibb müəssisəsinin əməkdaşları idarəetmənin düzgün aparılmaması, əməkhaqqı və müavinətlərinin lazımi səviyyədə verilməməsi kimi məsələlərə etirazlarını bildiriblər.

İnformasiyaya əsasən, son günlər analoji aksiyalar Əhvaz Tibb Universiteti ilə bağlı başqa xəstəxanalarda, o cümlədən Gülüstan və Razi tibb müəssisələrində də baş verib.

Избранный
17
3
operativmm.az

4Источники