RU

Nüvə müharibəsi QAPIDA: “Azərbaycana da təsir edəcək”

“Böyük müharibə bütün münaqişə ocaqları yenidən alovlanacaq”.

Bu fikri ehtimal edilən nüvə müharibəsi və bunun Cənubi Qafqaza təsirini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Ekspertin sözlərinə görə, nüvə müharibəsi bəşəriyyətin sonu olar:

“Nüvə müharibəsi bizim regiona da ciddi təsir edə bilər. İrana, Rusiyaya qarşı nüvə silahı istifadə olunarsa, şübhəsiz ki, Azərbaycana, regionumuz təsir edəcək. Hər iki ölkə ilə qonşuyuq. Çernobılda atom stansiyası partlayanda radiasiya Azərbaycana qədər təsir etmişdi. Nüvə müharibəsi təkcə hansısa dövləti yox, bəşəriyyəti, təbiəti məhv edəcək. Üçüncü Dünya müharibəsi olarsa, bizim regionda da müharibə ola bilər. Əgər böyük müharibə olarsa, nəinki Ermənistan Azərbaycan arasında müharibə ola bilər, hətta bütün münaqişə ocaqları yenidən alovlanacaq”.

Səxavət Məmməd

Избранный
9
yenicag.az

1Источники