RU

"Əhaliyə göstərilən tibbi xidmətlə bağlı problemlər mövcuddur" - Komitə sədri

"Sevindirici haldır ki, səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ 3,6 milyard manat təşkil edəcək".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib. 

Komitə sədri bildirib ki, əhalinin ən mürəkkəb mülaicə və müayinələri icbari tibbi sığorta tərəfindən qarşılanır: "Növbəti ildən ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatı icbari tibbi sığorta qarşılayacaq. Əhaliyə göstərilən tibbi xidmətlə bağlı problemlər də mövcuddur. İlkin xidmətlə bağlı bölgələrdə problemlər var. Milli Məclisin Səhiyyə komitəsi yaxın vaxtlarda müvafiq orqanlarla birgə ilkin tibbi xidmətə həsr olunmuş dinləmöə keçirməyi planlaşdırır".

Anar Kəlbiyev

Избранный
11
50
unikal.az

10Источники