RU

Xamenei Netanyahu ilə nə edəcəyini açıqladı

İranın ali lideri Əli Xamneyi deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu edam cəzasına məhkum edilməlidir.

“Sionist rejimin Qəzzə və Livanda etdikləri qələbə deyil, müharibə cinayətidir. Onların həbsi üçün order verilib; bu kifayət deyil! Netanyahu və bu rejimin cinayətkar liderləri edam cəzasına məhkum edilməlidir”, - deyə o bildirib.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı ən azı 8 oktyabr 2023-cü ildən 2024-cü il mayın 20-dək Qəzza zolağı da daxil olmaqla Fələstin ərazisində törətdikləri hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbsə orderlər verib. BCM-ə görə, hər ikisi “qətl, təqib və digər qeyri-insani hərəkətlər cinayətlərinə və müharibə metodu kimi mülki əhalini aclığa məruz qoyan hərəkətlərin qəsdən törədilməsinə görə” cinayət məsuliyyəti daşıyır.

 

Nigar

Избранный
10
oxu24.com

1Источники