RU

27 ölkədə hazırlıq: “Qərar verilir, Azərbaycanla sərhəddə...”

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının müddətinin uzadılması ilə bağlı heç bir qərar yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ missiyası rəhbərinin məsləhətçisi Marek Kuberski bildirib.

“Bunun üzərində işləyirik. Brüsseldəki həmkarlarımız bunu Aİ ölkələri ilə məsləhətləşərək hazırlayır, çünki buna qurumun bütün 27 üzvü qərar verəcək. Biz artıq Ermənistan hakimiyyəti və bu ölkənin vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Beləliklə, gələcəyimizlə bağlı qərar verilir.

Bizim mandatımız gələn il fevralın 19-da başa çatır, ona görə də bundan sonra nə edəcəyimizə qərar verəcəyik”, - Aİ rəsmisi belə söyləyib.

Kuberski iddia edib ki, Aİ missiyasının məqsədi Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyə və tərəflər arasındakı gərginliyin azalmasına töhfə verməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
15
teleqraf.com

1Источники