RU

Quterreşdən Ukraynaya piyada əleyhinə minaların verilməsinə MÜNASİBƏT

BMT-nin baş katibi Antonio Quterreş Rusiya-Ukrayna münaqişəsində piyada əleyhinə minalardan istifadənin əleyhinə çıxış edib. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, onun bəyanatı BMT-nin saytında dərc olunub.

"Piyada əleyhinə minalar mülki əhali üçün real təhlükə yaradır. Döyüş əməliyyatları dayandırıldıqdan sonra da bu silahlar insanları qorxu içində saxlaya bilər", - bəyanatda qeyd olunub.

O, dünya liderlərini 1999-cu ildə qüvvəyə minəndən etibarən 164 dövlət tərəfindən imzalanmış piyada əleyhinə minaların qadağan edilməsi ilə bağlı Ottava Konvensiyasına qoşulmağa çağırıb. 

Gülşən Şərif

Избранный
8
bakivaxti.az

1Источники