RU

“Məscidləri qoruduğumuz kimi, kənd məktəblərini də qorumalıyıq” – Fazil Mustafa

“Hər bir kənddə istər məktəblər, istər kitabxanalar mütləq qorunmalıdır. Necə ki, biz məscidləri qoruyuruq”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. 

Milli Məclisin üzvü şagirdi az olan məktəblərdə distant təhsilə keçməklə bu məktəbləri qorumağın mümkün olduğunu bildirib: 

“Belə olduqda həmin məktəblərdə 30 yox, 10 müəllim bu işin öhdəsindən gələ bilər”. 

Günay Şahmar, Bizim.Media

Избранный
9
4
bizim.media

5Источники