Mütəxəssislər bu dəfə yumurta ilə bağlı yeni araşdırma aparıblar. Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Araşdırma nəticəsində yumurtanın başqa bir faydası ortaya çıxarıb. ABŞ-də 900 nəfərin sağlamlıq məlumatlarını araşdıran Kaliforniya San Dieqo Universitetinin (UCSD) tədqiqatçıları həftədə 2-4 yumurta istehlak edən insanların qanında xolesterinin səviyyəsinin aşağı olduğunu müəyyən ediblər. Nəticələr daha çox yumurta istehlak edən qadınların qısa və uzunmüddətli yaddaşlarında daha az azalma yaşadıqlarını ortaya qoyub. Lakin kişilərdə eyni nəticə müşahidə edilməyib.
Tədqiqatçılar Donna Kritz-Silverstein və Ricki Bettenkourt yumurtanın tərkibindəki zülal, amin turşuları və xolesterinin beyin hüceyrələrinin quruluşunu və funksiyasını qoruya biləcəyini söyləyib. Yumurta aşağı yağ tərkibi və yüksək qida dəyəri ilə sağlam pəhrizin bir hissəsi hesab olunur.
Zərintac MayisqızıMissiya.Az