RU

“Körpə qidanı bəyənsə belə, normanı keçmək olmaz” - MÜTƏXƏSSİS FİKRİ

“Körpələrin qidalanmasında diqqət edəcəyimiz əsas məqamlardan biri ilk altı aya qədər ana südü ilə qidalanmanı təmin etməkdir. Daha sonra 6-cı aydan başlayaraq artıq əlavə qidaya keçmək olar”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, əlavə qidaya keçərkən analar səbrli olmalı, körpənin bütün reaksiyalarını müşahidə etməlidirlər: “Çünki hər hansı əlavə qida verildikdə körpənin mədəsi və bağırsaqlarının bu qidaya hazır olduğunu bilmək lazımdır: “Buna görə də qidalar körpələrə püre halında verilir. Tərəvəz pürelərinə körpənin allergik reaksiyasının olub-olmadığını yoxlamaq üçün bir çeşiddə qidanın verilməsi daha məqsədəuyğundur. Qidalar neytral şəkildə, hər hansı dadlandırıcı, duz və ya digər ədviyyatlardan istifadə etmədən vermək lazımdır. İlk dəfə körpəyə qida 1-2 çay qaşığını keçmədən verilməlidir.

Eyni zamanda körpəyə yeni qida verdikdə allergiyasının olub-olmadığını öyrənmək üçün 3-5 gün gözləmək lazımdır ki, orqanizmdə dəyişiklik olub-olmadığını müşahidə etmək mümkün olsun. Körpə qidanı bəyənsə belə, normanı keçmək olmaz. Əks təqdirdə həzmsizlik və bağırsaq mikroflorasının dəyişməsi ilə nəticələnə bilər”.

Müəllif: Səbinə Hüseynli
Избранный
10
sia.az

1Источники