RU

Bəxtiyar Həsənalızadə: "Hələ zamanı deyil" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Sportal.az saytına müsahibəsi

- "Araz-Naxçıvan" "Kəpəz"lə görüşdə qələbə qazanmağı bacardı. Həmin görüşdə komandanın qələbəsini necə şərh edərdin?
- Çətin rəqibə qarşı oyun keçirdik. “Kəpəz”in oyununda dəyişiklər çoxdur. Komanda olaraq çox inkişaf ediblər. İlk oyunla bu matç tamam fərqlənirdi. Şükür Allaha, biz istədiyimiz nəticəni əldə etdik. Lazım olan da bu idi.

- "Araz-Naxçıvan" uğurlu çıxışını davam etdirir. Komandanın bu mövsümkü uğurlu çıxışının əsas sirri nədədir?
- Hansısa sirr yoxdur. Sadəcə oyunlara ciddi hazırlaşmağa çalışırıq. Uğurlu nəticə üçün meydançada əlimizdən gələni edirik. Bu da nəticə verir.

- Maraqlıdır, “Araz-Naxçıvan” mövsümə başlayanda bu cür nəticələr ola biləcəyini ehtimal edirdiniz? Yığılan heyətə baxanda, nəticələrin uğurlu olacağına inanırdın?
- Mövsümün əvvəli komandanın yaxşı nəticə verəcəyinə inanırdım. Etiraf edim ki, düşündüyümdən də yaxşı oldu. Bunu qoruyub-saxlamaq olduqca çətindir. Ancaq komanda olaraq bunun üçün çalışırıq.

- "Araz-Naxçıvan" bu mövsüm yeganə məğlubiyyətini "Qarabağ"la oyunda alıb. Lakin həmin məğlubiyyət komandaya çox da pis təsir etmədi, uğurlu seriyaya başladınız...
- İlk oyunda istəmədiyimiz məğlubiyyət aldıq. Ancaq rəqibin gücü də bəlli idi. Ona görə də böyüdüləsi bir şey yox idi. Qarşıdakı matçlara kökləndik ki, nəticələrimizi düzəldək. Belə də, oldu. “Qarabağ”la oyunlarımız da var. Rəqibin kimliyi istər-istəməz oyuna köklənməyə təsir edir. “Qarabağ”a adi vaxtda necə hazırlaşırıqsa, elə də hazırlaşacağıq. Hələ ki, ondan öncə oyunlarımız var. Həmin matçlara köklənəcəyik.

- Növbəti turda "Turan Tovuz"la qarşılaşacaqsız. Bu mövsümün iki iddialıya çevrilən komanadası var : biri sizsiz, digəri "Turan Tovuz". Həmin görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- “Turan Tovuz” özünəməxsus oyun sxeması var. Onlara qarşı oynamaq həmişə çətin olur. Bu oyunun da çətin keçəcəyinə əminəm. Maraqlı matç olacaq. Qələbə qazanmağa çalışacağıq.

- "Araz-Naxçıvan"ın mövsümü də ikinci pillədə, avrokuboklara yer verən pillədə bitirməsi realdır? Səncə, çempion ola bilərsiz, yoxsa düşünürsüz ki, "Qarabağ" buna imkan verməz?
- İkinci pillə və yaxud avrokuboklar haqda danışmağın zamanı deyil. O ki, qalmışdı çempionluq haqda danışaq. Hələ ki, çempionatın heç yarısı da deyil. Görüləsi işimiz çoxdur.

İdman.biz

Избранный
20
1
idman.biz

2Источники