RU

Xameneyi Netanyahunun edamını tələb edib

Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu barəsində çıxardığı həbs qərarını yetərli hesab etməyən İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi onu edam etməyə çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, İranın ali lideri Əli Xameneyi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılan Benyamin Netanyahunun və İsrailin keçmiş müdafiə naziri Yoav Qallantın edam edilməli olduğunu deyib.

“Həbs qərarı verildi, bu kifayət deyil. Buna məsuliyyət daşıyan cinayətkar liderlərə verilməli olan hökm ölüm hökmüdür”- deyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun və Qallantın Qəzza əhalisinə qarşı sistematik hücuma görə məsuliyyət daşıdığını bildirib.

Hər iki şəxs barəsində qətl, zülm və aclıq ittihamı ilə həbs qərarı çıxarılıb.

Избранный
42
cebheinfo.az

1Источники