RU

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Böyük Britaniya “Alfastraxovaniye”, VSK və 30 Rusiya neft tankerinə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Britaniya hakimiyyəti “Alfastraxovaniye” və “VSK” şirkətlərinin sanksiya siyahısına salınmasını onunla əsaslandırıb ki, bu şirkətlər Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda biznes qurmaqla Rusiya hökumətinə dəstək verməklə fayda əldə etməkdə iştirak edirlər.
Tankerlərə gəlincə, məhdudiyyətlərin tətbiqinə əsas kimi onların Ukraynanın sabitliyinin pozulmasına gətirib çıxaran, onun ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən fəaliyyətlərdə iştirakı və Rusiya hökumətinin dəstəyindən faydalanması göstərilib.
Избранный
9
1
yeniavaz.com

2Источники