RU

Qiymətli daşlara investisiya: Yeni trend və gəlir potensialı

Fins.az - Son illərdə qiymətli daşlara investisiya qoymaq dünya üzrə yeni bir trendə çevrilib.

Bu daşlar yalnız gözəllikləri ilə deyil, həm də etibarlı və gəlirli investisiya alətləri olaraq da diqqət çəkir. Xüsusilə almazlar, ruibinlər, safirlər və zümrüdlər kimi daşlar, sərmayəçilər üçün müsbət gəlir əldə etmə potensialı təqdim edir.

Bazar vəziyyəti: Artan tələbat və yüksələn qiymətlər
İnvestisiya məqsədli zərgərlik məhsulları bazarı son illərdə hər il 5-7% artım nümayiş etdirir. Təbii almaz ehtiyatlarının azalması, qiymətlərin yüksəlməsinə səbəb olub. Eyni zamanda, qiymətli daşların nadirliyi və yüksək tələbat, bazar iştirakçıları üçün gəlirli imkanlar yaradır.

Populyar aktivlər: Yüksək gəlir potensialı olan daşlar

  1. Almazlar – 3 karatdan yuxarı olan, təmizliyi IF-VS və rəngi D-H olan almazlar qiymətində sabit artım göstərir və etibarlı sərmayə aləti sayılır.
  2. Rubinlər və Safirlər – İstiliklə işlənməmiş (no heat) daşlar yüksək gəlir potensialına malikdir. Ruibinlər, xüsusilə, bir il ərzində qiymətini iki dəfə artırma potensialına sahibdir.
  3. Zümrüdlər – Yağı olmayan (no oil) və zəngin yaşıl rəngə sahib zümrüdlər, 5 il ərzində 50%-ə qədər gəlir gətirə bilər.
  4. Paraiba Turmalini – Nadir tapılan və illik 30%-ə qədər gəlir gətirən bu daş, qısa müddətli populyarlıqla sərmayəçilər üçün maraqlı bir seçimdir.

Qiymətli daşlar, bazarda davamlı olaraq artan tələbat və nadirlikləri ilə sərmayəçilər üçün cazibədar imkanlar təqdim edir. Bu sahədəki artan maraq, daşların gəlir potensialını daha da artırır və uzunmüddətli sərmayə imkanları təqdim edir.

Избранный
33
fins.az

1Источники