RU

"Yataqxanalar tədricən sökülsün, yerində sosial evlər tikilsin" - Deputat

"Mingəçevirdə 12-yə yaxın ailə yataqxanası var. Bu gün bir otaqda bəzən iki ailə yaşayır. 12 kvadratmetr yerdə 5-6 nəfər yaşamağa məcburdur. Təklif edirəm ki, bu yataqxanalar tədricən sökülsün və onun yerində sosial evlər tikilsin, orada yaşayan minlərlə ailənin köçürülməsi məsələsinə baxılsın".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, ilkin mərhələdə buna 100 milyon vəsait ayırmaq olar:

"Sosial evlər ipoteka ilə tikilib verilərsə, cəmi bir ildən sonra 5 milyonu geri qayıdacaq. Doğrudur, birdən-birə həll olunası məsələ deyil. Amma bu Mingəçevir üçün aktual məsələdir. Hökumətdən bu məsələyə dair xüsusi proqram qəbul edilməsini xahiş edirəm".

Anar Kəlbiyev


 

 

Избранный
24
20
unikal.az

10Источники