RU

FT: “Rusiyayönlü” namizəd Georgesku Rumıniyada keçirilən seçkilərdə qalib gəlib


Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda Kalin Georgesku qalib gəlib.

Bu barədə Financial Times xəbər verir. Namizədin Ukraynaya yardımın əleyhinə olduğu məlumdur. Jurnalistlərin özləri Georgeskunu “Rusiyayönlü baxışların” sahibi adlandırıblar.

“Rusiyayönlü siyasətçi Georgescu Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gələrək, seçki komissiyasının fikrincə, ölkənin siyasi isteblişmentinə böyük zərbə vurub”, - FT yazır.
Səsvermənin növbəti mərhələsi iki həftədən sonra keçiriləcək.

Georgesku dəfələrlə NATO-ya qarşı çıxıb. Bundan əlavə, o, Aİ-ni tənqid edib və Ukraynadakı münaqişəni “Amerika hərbi şirkətlərinin manipulyasiyasının nəticəsi” adlandırıb. Georgesku Rusiya prezidenti Vladimir Putindən ölkəsini sevən bir insan kimi danışıb.

aia.az
Tərcümə şöbəsi



Избранный
21
aia.az

1Источники