İraqda Səddam Hüseyn prezident olduğu ildən, yəni 1987-ci ildən sonra ilk hərtərəfli siyahıyaalma keçirilib.Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. İraqın baş naziri Məhəmməd Şia Sudani 37 ildən sonra noyabrın 20-də keçirilən siyahıyaalmanın nəticələrini açıqlayıb. Sudani ilk nəticələrə görə, ölkə əhalisinin 45,4 milyon nəfərə çatdığını açıqlayıb. Siyahıyaalmadan əvvəl İraq Planlaşdırma Nazirliyi əhalinin 43 milyon nəfər olması ehtimalını nəzərdən keçirirdi.