RU

Almanlar Ukraynaya silah tədarükünün artımını DƏSTƏKLƏYİR – SORĞU

Almaniyada Ukraynaya hərbi dəstək verilməsini bəyənənlərin sayı əvvəlki illə müqayisədə artıb. Bundesverin illik sorğusunun nəticələrinə görə, respondentlərin demək olar ki, yarısı (49%) Ukraynaya hərbi dəstəyin tərəfdarıdır. Bu, ötən illə müqayisədə 4 faiz bəndi artım deməkdir.

Yenicag.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) və ifrat solçu Sarah Vaqenknext Alyansının (Die Linke) seçiciləri ilə bir sıra qeyri-seçicilər bu dəstəyi əksər hallarda rədd ediblər.

Sorğuda iştirak edənlərin üçdə iki hissəsi (65%) Rusiyanın Ukraynadakı hərəkətləri və silahlanma prosesinin Almaniya üçün təhlükə yaratdığını bildirir. Bu cür fikirlərə sahib olan respondentlər Ukraynaya hərbi dəstək verməyə daha çox meyllidirlər.

Bundesverin araşdırmasına əsasən, Ukraynaya hərbi dəstəyin artırılmasına dəstək, əksər hallarda, Rusiyanı Almaniyanın təhlükəsizliyinə təhdid olaraq qəbul edənlərin arasında daha yüksəkdir.

Sorğu çərçivəsində 2 minə yaxın vətəndaşla sorğu keçirilib. Qeyd edək ki, Bundesver 1996-cı ildən bəri hər il əhali arasında sosial qavrayışa dair sorğular keçirir.

Bununla yanaşı, Almaniya vətəndaşlarının böyük əksəriyyəti Ukraynaya 500 kilometrə qədər mənzilli “Taurus” qanadlı raketlərinin verilməsinin əleyhinədir. Müxalifət partiyası CDU/CSU, kansler Olaf Şoltsun bu raketləri Ukraynaya verməməsini siyasi səbəblərlə izah edir. Hakim koalisiyadan isə Azad Demokrat Partiyas Bundestaqda “Taurus” raketlərinin Ukraynaya verilməsi təklifini səsverməyə çıxarmağı planlaşdırır.

Nəsimi Ələsgərli

Избранный
28
yenicag.az

1Источники