RU

Bu pişikləri saxlamaq qadağan edilir

Niderlandda 2026-cı ildən etibarən genetik manipulyasiyadan əziyyət çəkən tüksüz və qıvrılmış qulaqlı pişiklərə sahib olmaq qadağan edilir.

Publika.az xəbər verir ki, bu qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir. Yeni tənzimləmə ilə heç kim tüksüz və qulaqları bükülmüş pişiyi himayəyə götürə bilməyəcək.

Bundan əlavə, belə pişiklərin yarışlarda və ya şoularda iştirakına qadağa qoyulacaq. Heyvanları mühafizə təşkilatları uzun müddətdir ki, bu cinslərin baxımının tamamilə dayandırılmasını tələb edirlər. Əvvəllər belə pişiklərin çoxalmasına qadağa qoyulub. İndi sahiblənmə qadağası da qüvvəyə minəcək.

Избранный
21
publika.az

1Источники