RU

COP29 çərçivəsində Azərbaycan və Qətərin birgə fəaliyyətinə həsr olunmuş tədbir keçirildi

Noyabrın 20-də COP29 konfransının 10-cu günündə Bakı Olimpiya Stadionunda yerləşən Qətər pavilyonunda Qətər Milli İnsan Haqları Komitəsi və Qətər Dövlətinin Ətraf Mühit və İqlim Dəyişlikliyi Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ombudsman Aparatı, Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Demokratiya və İnsan Haqları Komitəsinin dəstəyi ilə yan tədbir keçirilib.

Tədbirdə Qətər Dövlətinin Ətraf Mühit və İqlim Dəyişlikliyi Naziri Dr. Abdullah bin Abdulaziz bin Turki Al Subaie, Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Atiyya, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva, Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Millət vəkili Zahid Oruc, Azərbaycan Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov, media nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Atiyya iqlim dəyişikliyi məsələsinə diqqət çəkərək, Qədər Dövlətinin bu sahədə həyata keçirdiyi layihələr barədə məlumat verib və milli insan haqları institutlarının birgə fəaliyyətinin zəruliyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 konfransının əhəmiyyətinə toxunaraq, bütün dünyanın üzləşdiyi iqlim dəyişikliyi məsələsinin məhz Bakıda müzakirə edildiyini və mühüm qərarlar qəbul edildiyini qeyd edib. Ombudsman Səbinə Əliyeva Azərbaycanın üzləşdiyi 30 illik işğal dönəmində flora və faunaya vurulan ziyan barədə məlumat verib, Qarabağda ermənilər tərəfindən törədilən ekosid cinayətlərinin bütün bəşəriyyətə qarşı törədildiyini qeyd edib və Azərbaycanın bütün dünyada iqlim dəyişikliyi ilə bağlı qlobal təşəbbüslərlə çıxış etdiyini bildirib.

Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Millət vəkili Zahid Oruc isə öz çıxışında COP29 konfransı öncəsi və sonrasında Azərbaycana qarşı qərəzli yanaşma sərgiləndiyini, xüsusən də bir sıra Qərb ölkələrindən gələn əsassız iradların iqlim dəyişikliyi fəaliyyətinə ciddi zərbə vurduğunu, bəzi Avropa ölkələrinin öz üzərinə düşən vəzifələri yerinə yetirmədiyini qeyd edib. Millət vəkili Zahid Oruc Azərbaycanın COP29 konfransına uğurla ev sahibliyi etdiyini bildirərək, Bakıda planetin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul edildiyini deyib.

Daha sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov iqlim dəyişikliyi üzrə beynəlxalq əməkdaşlığın zəruriliyinə diqqət çəkərək, ölkələr arasında qarşılıqlı əməkdaşlığın vacib olduğunu və bu baxımdan Azərbaycan və Qətər milli isan haqları qurumları arasında həm yerli səviyyədə, həm də beynəlxalq platformalarda əməkdaşlığın prioritetlərini qeyd edib.

Daha sonra panel çıxışları dinlənib və iqlim dəyişikliyi və insan haqları mövzusunda məruzələr edilib. Çıxış edənlər Azərbaycanın COP29 konfransına ev sahibliyini uğurlu adlandırıb və Bakıda mühüm qərarların qəbul edildiyini bildiriblər.

Избранный
23
yenicag.az

1Источники