RU

Milli Məclisdə sənədsiz evlərlə bağlı problemlər müzakirə olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov sənədsiz evlərin sənədləşdirilməsi məsələsini gündəmə gətirib.

Fins.az xəbər verir ki, Siyavuş Novruzov bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Bu addımın evlərin bələdiyyələrə vergi ödəməsi ilə nəticələnəcəyini vurğulayan komitə sədri, torpaqların kateqoriyalılığı ilə bağlı da problemlərə diqqət çəkib.

"Bir torpağın kateqoriyasının dəyişdirilməsi üçün 6 nazirlikdən icazə alınmalıdır. Bu vəziyyət insanlar üçün torpaqlardan istifadədə ciddi maneələr yaradır," - deyə Novruzov qeyd edib.
 

Zemfira Ms
Fins.az

Избранный
21
fins.az

1Источники