RU

COP29-da əldə olunmuş bəzi razılaşmalar ümumən COP-lar tarixində yenilikdir - ÖZƏL

"COP29-da əldə olunmuş bəzi razılaşmalar ümumən COP-lar tarixində yenilik olmaqla bərabər, həm də iqlim dəyişiklikləri ilə mübarizədə inqilabi səhifələr adlandırıla bilər. Çünki bunların bəziləri, bəzi razılaşmalar indiyə qədərki COP-larda ətrafında uzun müzakirələr getsə də, hər hansı nəticəyə ulaşılmayan məsələlər idi". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Eyni zamanda, COP29-da yeni razılaşmalar da var. Bu sırada Paris konfransında illər öncə əldə olunmuş 6-cı maddə ilə əlaqədar razılaşmaların ortaya qoyulması, həqiqətən bəşəriyyətin taleyi üçün həlledicidir. Burada həm ətraf mühit dövlətlərinin karbon emissiyasının azaldılması, həm də meşələrin meşə fondunun artırılması ilə karbon emissiyasının müəyyən hissəsinin zərərsizləşdirilməsi kimi işlər nəzərdə tutulur. Eyni zamanda, kənd təsərrüfatı sahəsində də iqlim dəyişikliyi ilə bağlı dövlətlərin qarşısında yeni əməkdaşlıq öhdəlikləri və perspektivləri açır. Xüsusilə də karbon bazarının formalaşdırılması həm ətraf mühitin saflaşdırılması məsələsinin taleyini həll edir, eyni zamanda ölkələrin bununla bağlı hətta karbon bazarında müəyyən gəlirlərin əldə etməsi yolunu da açır. Yəni karbon emissiyaları karbon bazarı ilə bağlı əldə olunmuş razılaşma iqlim dəyişiklikləri ilə mübarizədə karbonla əlaqəli əhəmiyyətli mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Əlbəttə, bu həm ayrı-ayrı dövlətlər üçün, yəni məsuliyyətli dövlətlərin özləri üçün əhəmiyyətlidir, həm də bütün bəşəriyyətin taleyinə təsir göstərmək gücündədir. Çünki biz bilirik ki, karbon emissiyaları bu transmilli hadisədir, transfoğrafi hadisədir. Ölkələrin iqlimə, ətraf mühitə karbon emissiyalarının harada daha az və yaxud daha çox olmasının bəşəriyyətə təsiri baxımından elə bir önəmi yoxdur. Onun harda az, harda daha böyük məbləğ miqdarda emissiya olunması bütünlüklə ətraf mühit üçün zərərlidir və hər yerdə onunla bağlı eyni səviyyədə, eyni tərzlər əsasında mübarizə getməlidir. Buna görə də karbon emissiyalarının azaldılması və dövlətlərin arasında karbon bazar mexanizmlərinin yaradılması sahəsində razılaşma həm əvvəlki qruplarla müqayisədə böyük irəliləyişdir, həm də iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələrini vermiş olacaq. Yəqin ki, ölkələr, xüsusilə də altıncı maddə ilə bağlı əldə olunmuş razılaşmalara uyğun öz milli öhdəliklərinə daha məsuliyyətli yanaşacaqlar. Çünki hələ həlledici məsələ bu maddələrin ətrafında fəal əməkdaşlıq mexanizminin yaradılması ilə bitmir. Eyni zamanda, bu mexanizmin icrasına da hər kəs gərək məsuliyyətli şəkildə yanaşsın. Yalnız belə olacağı təqdirdə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə Bakıda əldə olunmuş razılaşmalar dünyanın bu günü və gələcəyi üçün öz saflaşdırıcı rolunu əhəmiyyətli dərəcədə oynayır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
olaylar.az

1Источники