Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev deyib:
"Şübhəsiz ki, bu vəsait kifayət qədər olmasa da iqlim dəyişikliyinin ən təxirəsalınmaz istiqamətləri üzrə tədbirlərin bir an öncə başlaması üçün çox yaxşı vəsaitdir. O ki qaldı bu vəsaitin effektiv xərclənməsi mexanizmlərinə şübhəsiz ki, BMT və onun iqlim dəyişikliyi üzrə ixtisaslaşmış institutları ayrılan vəsaitin inkişaf etməkdə olan ölkələrə birbaşa maliyyə yardımları, uzunmüddətli, faizsiz və ya aşağı faizlə kreditlər, həmçinin texniki dəstək və qabaqcıl təcrübənin öyrənilməsi üçün bu ölkə mütəxəssislərinin təlim kurslarına cəlb olunma formasında həyata keçirəcəklər".
Qiymət Mahir