RU

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi publik hüquqi şəxsin mülki müdafiə qərargahının rəisi, hərbi ekspert Ədalət Verdiyev həbs edilib.

İstintaqla müəyyən edilib ki, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiya yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr var, Baş Prokurorluğun məlumatında deyilir.

Verdiyevə qarşı Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrinin yayılması) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda). Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Ədalət Verdiyev həbs edilib.

İlkin istintaq davam edir, digər günahkarların məsuliyyətə cəlb olunması təmin ediləcək, məlumatda deyilir.

Избранный
20
turan.az

1Источники