RU

Ermənistanda nazirlik əməkdaşı SAXLANILDI – FOTO

Ermənistanda nazirlik əməkdaşı narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildrilir ki, İrəvanda “Mülki Müqavilə” partiyasının gənclər qanadının üzvü, Ekologiya Nazirliyinin əməkdaşı Tiqran Kirişçyan narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə İrəvan sakinləri 25 yaşlı Tiqran Kirişçyan və 25 yaşlı Aram Kalaçyan. İrəvan Kriminal Polis İdarəsinə gətirilib.

İrəvan Kriminal Polis İdarəsində şəxsi axtarış zamanı T.Kirişçyanın üzərində içərisində 0,2 qram sarı-yaşıl maddə olan çanta və birində sarı-yaşıl maddə olan iki pipet aşkar edilib.

Kirişçyan polisə bildirib ki, o, Ermənistanın Ətraf Mühit Nazirliyində işləyir və “Mülki Müqaviləsi” partiyasının gənclər qanadının üzvüdür.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
45
interpress.az

1Источники