RU

Quranı yandırana AĞIR CƏZA

Rusiyada “Quran”ı yandırmaqda təqsirli bilinən Nikita Juravelə hökm oxunub.
Heftelik.az-ın məlumatına görə, hökmə əsasən Nikita Juravel 13 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rusiya Federasiyası Baş Prokurorluğunun məlumatına görə , ötən ilin martında Juravel öz təşəbbüsü ilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndələri ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib. Gənc Ukrayna Təhlükəsizlik Xidmətinə Rusiya hərbi texnikasını daşıyan qatarın videosunu göndərib, həmçinin hərbi hissələrdən birinə xidməti maşının hərəkəti barədə məlumat verib.
Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin qarşısında Quranı yandırdığına görə saxlanılıb. Dindirilmə zamanı o, bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pul üçün etdiyini etiraf edib.
Избранный
2
2
heftelik.az

10Источники