RU

"Blogerlər insan düşüncəsini istiqamətləndirir” - Sosioloq rəyi

Müasir dövrdə bloqer anlayışı hər kəsə tanışdır.  Texnologiya inkişaf etdikcə, bloqerlər insanların inamını qazana bilirlər. 

Bloqerlər insan düşüncəsinə necə təsir edir?

Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, bloqerlər insanların düşüncələrinə və davranışlarına müxtəlif yollarla təsir göstərə bilirlər:

“Onlar yalnız məlumat və əyləncə təmin etməklə qalmır, həm də izləyicilərinin dünyagörüşünü formalaşdıra, müəyyən məsələlərə dair fikirlərini dəyişdirə və cəmiyyətin gündəmindəki məsələlərə təsir edirlər. Bloqerlər öz platformalarında müəyyən məsələlərə, aktual problemlərə və ya şəxsi təcrübələrə dair fikirlərini bölüşürlər. İzləyicilər bu fikirləri oxuyaraq və ya izləyərək onları öz düşüncə tərzlərinə daxil edə bilərlər. Bloqerlər, xüsusilə moda, gözəllik və həyat tərzi sahələrində, izləyicilərinə yeni məhsul və xidmətləri təqdim edir, onları müəyyən trendlərlə tanış edir. Bu da insanlarda moda seçimlərini dəyişdirilməsi, gündəlik həyat tərzini yenidən qiymətləndirməsinə səbəb olur. 

Bloqerlər, xüsusilə şəxsi inkişaf və motivasiya sahəsində, izləyicilərini öz hədəflərinə çatmaq, həyatda müsbət dəyişikliklər etmək və özlərinə inam yaratmaq üçün təşviq edə bilərlər. Onlar tərəfindən təqdim edilən məhsul və xidmətlər, xüsusən sponsorlu məzmun şəklində, izləyicilərinin alış-veriş davranışlarına təsir edir”.

Murad
 

Избранный
258
41
hit.az

10Источники