RU

COP29: Böyük razılaşma əldə edildi, amma bu yetərlidirmi?

Məqalə barədə məlumatMüəllif, Matt McGrathVəzifə, BBC News, Ətraf mühit müxbiri

COP29 razılaşma və şikayətlə bitdi: inkişaf etməkdə olan ölkələr 2035-ci ilə qədər hər il iqlim maliyyəsi üçün alacaqları 300 milyard dolların məbləğindən narazıdırlar.

Böyük bir nailiyyət kimi görünən bu məbləğdən kasıb ölkələrin narazı qalması BMT-nin iqlim konfransında bir çox zəngin ölkəni heyrətə gətirdi. Hazırda bu məbləğ 100 milyard dollardır və əldə edilmiş yeni rəqəm ondan xeyli artıqdır.

Bununla belə, daha çoxunu istəyən inkişaf etməkdə olan ölkələrin (İEOÖ) yekun məbləğlə bağlı narazılığının arxasında səmimi narahatlıqlar var.

COP29: razılıq əldə olundu, kasıb ölkələrə yardım 300 milyard dollardırCOP29 razılaşma ilə başa çatdıAzərbaycanda əldə edilmiş COP29 razılaşmasına dünyadan reaksiyalarFikir ayrılığı yaratmış böyük razılaşma

Şikayətlər bu idi ki, məbləğ sadəcə yetərli deyil və qrant və kreditlərin qarışığıdır. Varlıların ciblərini daha çox açmaq üçün son anı gözləmələri də qıcıq yaratdı.

Razılaşma əldə olunduqdan sonra Hindistanın nümayəndəsi Chandni Raina bunu "cüzi bir məbləğ" adlandırıb:

"Bu sənəd optik illüziyadan biraz yaxşıdır. Fikrimizcə, bu [məbləğ] üzləşdiyimiz problemin yanında heç nədir".

Sonda inkişaf etməkdə olan ölkələr razılaşmanı qəbul etməyə məcbur oldu, çünki bir çox zəngin ölkə iqlim məsələlərinə şübhə ilə yanaşan Prezident Donald Trump-ın gələn il fəaliyyətə başlayacağına işarə edərək, bundan daha yaxşı razılaşma olmayacağını iddia etdilər.

Ancaq razılaşmanı varlı ölkələr də tənqid edir, onu gələcəyə hesablanmayan adlandırırlar.

Müxtəlif
Избранный
23
bbc.com

1Источники