RU

Gecə saat 4-də iki nazirimiz... - Bakı COP-un fərqi

Bakıda keçirilən COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı?

Publika.az bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz düşüncələrini bölüşüb:

1. İndiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb.

Az qala bütün Avropanın açıq-aşkar boykot etdiyi, cəmi bir neçə Avropa ölkəsinin qatıldığı heç bir digər COP tədbiri olmayıb. Məhz bu baxımdan COP29 başlamazdan öncə nəinki heç bir nəticə olmayacağı, hətta böyük uğursuzluqla üzləşəcəyi haqda iddialar səslənirdi.

Amma COP29 böyük uğurla başa çatdı, buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıbmış.

Digər COP-lardan fərqli olaraq, inkişaf etmiş ölkələrin dominantlığı deyil, məhz Prezident İlham Əliyevin siyasi iradəsi və komandanın ağır əməyi COP29-da ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı

2. Bəzi COP-larda növbədənkənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda “vuruşma” heç birində olmayıb.

Gecə saat 4-də hökumətin iki nazirinin - Muxtar Babayev və Ceyhun Bayramovun əldə olunan qlobal razılaşmanı ayaqüstə qeyd etmələri diqqət cəlb edən idi.

Избранный
14
9
publika.az

10Источники