RU

Yer mini-ay ilə ayrılmağa başlayıb...

...Madridin Complutense Universitetinin astronomları bildiriblər ki, Yer planeti son iki ay ərzində onu “mini-ay” kimi müşayiət edən asteroidlə yollarını ayırmağa başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Phys.org-un press-relizində bildirilibh.

...2024 PT5 asteroidi böyük bir kosmik obyekt tərəfindən vurulduqdan sonra Ayın səthindən atılan bir parçadır. Onun diametri təxminən 10 metrdir, bu da onu güclü teleskop olmadan müşahidə etmək üçün çox kiçik edir. Alimlər Günəşin cazibə qüvvəsinin 2055-ci ilə qədər onu Yerdən uzaqlaşdıracağını proqnozlaşdırırlar.

Obyekti daha ətraflı öyrənmək üçün NASA Dərin Kosmos Şəbəkəsinə daxil olan Moxave səhrasında radar antenasından istifadə etməyi planlaşdırır.

Bu, asteroidin trayektoriyası və tərkibi haqqında məlumat verəcəkdir. Müşahidələr gələn ilin yanvarına, asteroidin yenidən Yerə yaxınlaşacağı vaxt planlaşdırılır.

Obyekt hazırda Yerdən 3,5 milyon kilometrdən çox uzaqdadır və növbəti yaxınlaşma zamanı Aydan təxminən beş dəfə uzaqda, Yerdən 1,8 milyon kilometr uzaqlıqda təhlükəsiz məsafədən keçəcək. Bununla belə, obyekt yalnız ən güclü teleskoplara görünəcək.

Nazlı Almuradova

Избранный
94
3
sia.az

10Источники