Xalq artisti Rasim Abdullayev vəfat edib.
Azpost.info bildirir ki, bu barədə dirijor, xalq artisti Ramiz Məlik-Aslanov məlumat verib.
Bakı Musiqi Akademiyasının müəlimi olan Azərbaycan violonçelçalanı professor R.Abdullayev 84 yaşında dünyasını dəyişib.
Rasi Abdullayev 6 iyul 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə təhsil alıb.
1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.
1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solisti olub.
2005ci ildə ona xalq artisti fəxri adı verilib.
Rasim Abdullayev 1976–1979-cu illərdə Qahirə, 1987–1994-cü illərdə isə Dəməşq konservatoriyalarında pedaqoji fəaliyyət göstərib.
Allah rəhmət eləsin!