RU

İtaliya XİN: Roma Ukraynaya döyüşmək üçün bir əsgər belə göndərməyəcək

Bir dənə də olsun italyan əsgəri Ukrayna torpağına ayaq basmayacaq.

APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani G7 ölkələrinin xarici işlər nazirlərinin Fiuci şəhərində keçirilən iclasında bildirib.

“Yardım göndərməklə Kiyevə siyasi, maddi, hərbi yardım edirik, amma döyüşə əsgər göndərməyəcəyik. Biz eskalasiyadan yayınmalıyıq”, - nazir qeyd edib.

Избранный
46
apa.az

1Источники