Bununla belə, düşmən başqa istiqamətlərdə irəliləyir...
Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərinin Rusiya işğalçılarından təmizlənməsini başa çatdırıb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "DeepState"("Dərin dövlət") layihəsinin analitiklərinin məlumatında deyilir.
"Ukrayna Müdafiə Qüvvələri Kupyanskın təmizlənməsini başa çatdırıb", - mesajda bildirilir.
Bununla belə, "DeepState" ekspertlərinin məlumatına görə, rus işğalçıları Xarkov vilayətində Novomlinsk yaxınlığında, Donetsk vilayətində Dalnıy, Konstantinopolski, Razdolnı, Petrovka və Kuraxovoda irəliləyirlər.
Xatırladılır ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində 50 min rusiyalının kütləvi hücumuna hazırlaşdığı bildirilirdi.
Bundan əlavə, əvvəllər məlumat verilmişdi ki, günün əvvəlindən düşmən 116 dəfə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa cəhd edib.
S.Laçın