RU

Kamala Harris 2028-ci il prezident seçkilərində namizəd ola bilər

ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçirilən seçkilərdə məğlub olmasına baxmayaraq, 2028-ci ildə yenidən namizəd ola biləcəyini istisna etmir...

Poliqon xəbər verir ki, bu barədə beş mənbəyə istinadən Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, xanım Harris siyasi fəaliyyətini davam etdirmək niyyətindədir və köməkçilərinə onun növbəti prezident seçkilərində iştirakı və ya 2026-cı ildə Kaliforniya qubernatorluğuna namizədliyi variantlarını araşdırmağı tapşırıb.

Materialdan belə çıxır ki, hazırda ailəsi ilə Havayda istirahət edən Kəmalə Harris qış tətilində sevdikləri ilə planlarını müzakirə etməyi planlaşdırır. Demokratın keçmiş köməkçilərindən biri onun üçün ictimai həyatda fəal iştirak edə biləcəyi struktur yaratmağın vacib olduğunu söyləyib.

Xatırladaq ki, Kamala Harris seçki gününə 100 gündən az qalmış prezident seçkilərində hazırkı prezident Co Baydenin yarışdan çıxmasından sonra namizəd olub. Seçkilərin nəticələrinə görə, o, 226 seçici səsi, Respublikaçı Donald Tramp isə 312 səs toplayıb. Məölubiyyətə baxmayaraq, bəzi demokratlar Harrisin amerikalıların əhəmiyyətli hissəsinin rəğbətini qazandığını və partiya daxilində mövqelərini möhkəmləndirdiyini etiraf edirlər.

Noyabrın ortalarında The New York Times yazıb ki, Harris son 20 ildə rəqibindən bu qədər az səs toplayan ilk Demokrat namizəd olub. Nəşr qeyd edib ki, xanım Harris 15 həftəlik kampaniya zamanı 1,5 milyard dollar xərcləməsinə baxmayaraq, bütün əsas ştatlarda yeni seçilmiş prezident Donald Trampa uduzub.

Poliqon.info

Избранный
29
1
poliqon.info

2Источники