RU

Harrisin kampaniyası Trampı məsuliyyətə cəlb etmək üçün ianə toplayır

Prezident seçkilərində uduzan ABŞ-ın vitse-prezidenti Kamala Harrisin kampaniyası Donald Trampın prezidentlik dövründə məsuliyyətə cəlb edilməsi üçün pul toplayır...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi qərargahın bülleteninə istinadən məlumat yayıb.

“Reallıq budur ki, qarşıdakı dörd il ərzində Trampı məsuliyyətə cəlb etmək üçün lazım olan resursların təməlini qurmağa davam etmək üçün yeni ianə axınına ehtiyacımız var”, deyə Harrisin Kampaniyasının müraciətində bildirilir.

Bu məqsədlə Harrisin kampaniyası amerikalılardan 50 dollar və ya daha çox ianə istəyir.

Qeyd edək ki, The New York Times qəzetinin xəbərinə görə, Demokrat namizəd 15 həftəlik prezidentlik kampaniyası zamanı 1,5 milyard dollar xərcləyib.

Poliqon.info

Избранный
19
poliqon.info

1Источники