Merkel ABŞ-nın ziddinə olan qərarından peşman deyil
Almaniyanın sabiq kansleri Angela Merkel Vaşinqtondan çəkinmədiyini nümayiş etdirib.
Reyting.az xəbər verir ki, Angela Merkel bu barədə BBC-yə müsahibəsində danışıb.
Merkel Rusiyanın qaz layihəsində iştirakına görə peşman olmadığını söyləyib. O, Rusiyanın dənizaltı “Şimal axını 2” qaz kəmərinin çəkilməsi layihəsində iştirakına, daha doğrusu, ABŞ-nın iradəsinə zidd olaraq onun inşasına razılıq verdiyinə görə peşman olmadığını etiraf edib.