RU

Büdcə müzakirəsində deputatlar yumruq davasına çıxdılar - VİDEO

Serbiya parlamentində hakim Serb Tərəqqi Partiyasının (SPP) deputatları ilə müxalifət partiyalarından olan parlamentarilər arasında dava düşüb.   Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Tanjuq" agentliyi məlumat yayıb. Dava ölkənin gələn il üçün büdcə layihəsinin müzakirəsi zamanı baş verib. Müxalifət iclas zamanı “Əllərinizdə qan var” sözləri yazılmış plakatlar qaldırıb. Onlar Novi Sadda beton örtünün uçması nəticəsində insanların ölümünə görə hakim partiyanı günahlandırıblar. Baş nazir Miloş Vuçeviçin rəhbərlik etdiyi hökumət üzvləri zala daxil olanda müxalifət nümayəndələri ayağa qalxaraq pankartlar qaldırıb. Mübahisə baş verib, deputatlar bir-birinin üstünə su töküb, kağız atıb, bir-birinin saçından, əlindən və paltarından yapışıblar. Qeyd edək ki, noyabrın 1-də Novi Sad dəmiryol vağzalında beton örtünün uçması nəticəsində 14 nəfər həlak olub. Noyabrın 17-də daha bir qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Serbiya hökuməti noyabrın 2-ni matəm günü elan edib, ölkə prezidenti Aleksandr Vuçiç isə prokurorluqdan cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Ölümlərdən sonra Novi Sadda, daha sonra isə Belqradda irimiqyaslı mitinqlər keçirilib. Tezliklə Serbiyanın tikinti naziri Qoran Vesiç saxlanılıb.

 

Избранный
25
2
manset.az

3Источники