RU

Daha 3 nəfər dönərdən zəhərləndi - Yenilənib

Zaqatalada 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Çobankol kənd sakini 1999-cu il təvəllüdlü İlqar Əhmədov, Mosul kənd sakini 2007-ci il təvəllüdlü S.Səlimova və Qazangül qəsəbə sakini 2016-cı il təvəllüdlü M.Əhmədov qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “Agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator analizlərə cəlb olunub. Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qax rayon mərkəzi xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslərə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək”.

Избранный
30
1
qafqazinfo.az

2Источники