Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.
Qeyd edək ki, sözügedən Şahmat Federasiyasının rəhbəri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.