RU

“Turan Tovuz” rəsmisi: “Komandadan gözləntilərimiz böyükdür”

“Turan Tovuz” Premyer Liqanın XIV turunda “Sabah”la heç-heçə edib – 1:1.

Klubun İdarə Heyətinin üzvü Yaşar Sultanov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Cox vacib oyun idi. Her iki komanda üçün üç xal həlledici əhəmiyyətə malik idi. Görünür, bu səbəbdən komandalar son dərəcədə ehtiyatlı və diqqətli oynadılar. Hesab oyuna görə oldu”.

Funksioner komandanın ümumi çıxışını və gözləntilərini bölüşdü:

“Çempionatın əvvəlindən klubda əsaslı transfer edilmədisə və ötənilki heyətlə yarışa başladısa, indiki məqamda “üçlük”də olmağı qənaətbəxş hesab etmək olar. Şübhəsiz ki, burda Kurban Berdıyevin təcrübəsi sözünü deyir. İnanıram ki, qışda yeni transfer olacaq və komanda mükafatlar uğrunda mübarizədə yerini alacaq. Ümumiyyətlə, komandanın çıxışından razıyıq. Cəmi bir oyunda məğlub olmuşuq və komandada mübarizə ruhu var. Asan təslim olmur, mübarizə aparırıq. Narazılıq edə bilmərik. Avrokuboklara vəsiqə qazanılsa, heyət daha da gücləndiriləcək. Komandadan gözləntilərimiz böyükdür. Bununçün rəhbərlik dəstəyini göstərir”.

Şahin Cəfərov

Избранный
9
futbolpress.az

1Источники