RU

“Google Maps” Hindistanda 3 nəfərin ölümünə səbəb oldu

Hindistanda avtomobil “Google Maps”in bələdçiliyi ilə irəliləyərkən yarımçıq vəziyyətdə olan körpüdən aşıb.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.
 
Hadisə kənd sakinlərinin çayın kənarında suda batan avtomobil və içərisində cansız cəsədləri tapması ilə üzə çıxıb.
 
Polislərin verdiyi məlumata əsasən, həmin şəxslər toydan evə qayıdarkən “Google Maps”dən istifadə ediblər, amma naviqasiya onları yarımçıq körpüyə aparıb. Avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün 7,5 metr hündürlükdən Ramqanqa çayının yatağındakı çuxura düşüb, nəticədə avtomobildəki şəxslər hadisə yerində ölüblər.
 
Uçmuş körpüdən istifadəyə icazə verilməsə də, adekvat xəbərdarlıq nişanlarının olmaması və sürücülərin rəqəmsal xəritələrə arxalanması ərazini ciddi təhlükəyə çevirib.
Избранный
1
2
moderator.az

3Источники