RU

“Bild”: Putin Ukraynanı üç yerə bölmək istəyir

Rusiya prezidenti Vladimir Putinin “sülh planı” ondan ibarətdir ki, 2026-cı ilə qədər Ukraynanı üç yerə bölsün.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” yazıb.

Rusiya Müdafiə Nazirliyinin məxfi sənədinə görə, Putinin planı Krım da daxil olmaqla Ukraynanın bütün şərq bölgəsi ilhaq olunacaq. Yəni Rusiyanın ərazisinə daxil ediləcək.

Bu faktı Ukrayna kəşfiyyatı da təsdiqləyib.

Kiyev, Sumı və Odessa vilayətləri isə “Rusiyayönlü dövlət qurumu”na daxil olacaq.

Ukraynanın qərb vilayətləri “mübahisəli ərazilər” olaraq təyin olunacaq və bu ərazilərlə bağlı qərarlar guya Macarıstan, Polşa və Rumıniyanın iştirakı ilə aparılan danışıqlarda veriləcək.

Bizim.Media

Избранный
14
bizim.media

1Источники