RU

“Neftçi”nin zədəli futbolçusu nə vaxt qayıdır? – özü açıqladı

“Neftçi”nin əməliyyat olunan futbolçusu Azər Salahlı son durumu barədə danışıb.

İdmanxeber.az-a açıqlama verən müdafiəçi bərpa prossesinin uğurla davam etdiyini bildirib. O, yaşıl meydanlara dönəcəyi tarixi də açıqlayıb:

“Zədəmlə bağlı onu deyim ki, hər şey qaydasındadı. Artıq fərdi məşqlərə başlamışam. Təxminən 2 həftə sonra komanda ilə məşqləri bərpa edəcəm. Yəqin ki, yanvar ayından oynamağa başlayaram”.

Xatırladaq ki, Azər Salahlının “Neftçi” ilə gələn ilin yayına qədər müqaviləsi var

Избранный
9
idmanxeber.az

1Источники