RU

Taksilər yenidən BAHALAŞDI

Son günlərdə taksi qiymətlərində yenidən dəyişikliklər baş verib. Artıq sərnişinlər və sürücülər arasında qiymət artımları ilə bağlı narahatlıqlar gündəmə gəlməkdədir. Əvvəlcə qiymətlərin azaldığı müşahidə olunsa da hazırda bu endirimlər aradan qalxıb və qiymətlər əvvəlki səviyyələrinə qayıdıb.

Milli.Az xəbər verir ki, sərnişinlər qeyd ediblər ki, keçən həftəsonundan başlayaraq qiymətlərdə 30-40 faiz artım müşahidə olunub.

Sürücülər də qiymət dəyişikliyini təsdiq edirlər və bunun taksi şirkətləri tərəfindən tənzimlənmiş bir vəziyyət olduğunu bildirirlər.

Sürücülər qiymət artımının bəzi səbəbləri olduğunu qeyd edərək, yaxın günlərdə qiymətlərin daha da artacağını da istisna etmirlər.

Taksi şirkətlərindən verilən açıqlamada isə bildirilib ki, COP29 tədbiri və bayram tətili ilə əlaqədar Bakıdan əhalinin kütləvi axını olub. Bu da yollardakı tıxacların azalmasına səbəb olub. Nəticədə, taksi xidmətlərinin qiymətləri müəyyən dərəcədə aşağı düşüb. Lakin hazırda iş və dərslərin başlanması ilə bağlı tıxaclar artıb və taksi xidmətləri öz əvvəlki tempinə qayıdıb. Buna görə də, qiymətlərdə müəyyən dəyişikliklər müşahidə edilir.

Aysel Əkbər
Milli.Az 


 


 

Избранный
8
1
milli.az

2Источники