RU

Məşhur mobil ev şirkəti iflas etdi

Almaniya mobil ev nəhəngi “Auto und Freizeit Nord” iflasını elan edib.

“Cebheinfo.az” xəbər verir ki, şirkət işçiləri iflas qərarını göz yaşları ilə qarşılayıb.

Belə ki, şirkət iki il əvvəl baş ofisini Eutindən Reynfeld yaxınlığına köçürüb və “Auto und Freizeit Nord” yeni binaya 8,5 milyon avro sərmayə qoyub.

“Auto und Freizeit Nord” öz saytında istehsal etdiyi karvanları endirimlə satdığını bildirib.

Səhifədə 10 000 avrodan yuxarı endirimli avtomobillər təklif edilir. Hazırda karvan bazarının batmaq üzrə olduğu vurğulanıb. Almaniyanın aparıcı istehsalçısı Klaus Tabbert də iki yerdə istehsalı müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.

Bu, Almaniya və Macarıstanda minlərlə insanın işini təhlükə altına qoya bilər.

Mütəxəssislər mobil ev bazarının batdığını və yeni iflasların diqqətdən kənarda qalmaması ilə bağlı xəbərdarlıq edir.

Əfsanə Rəcəb

“Cebheinfo.az"

Избранный
11
cebheinfo.az

1Источники