RU

Azərbaycanın COP29-a sədrliyi ən uğurlu zirvə kimi tarixə düşəcək

BMT-nin Azərbaycanda keçirilən İqlim Dəyişikliyi Konfransının (COP29) nəticələri iqlim dəyişikliklərinin fəsadları ilə mübarizədə yeni bir səhifə açacaq və ətraf mühitin qorunmasına mühüm töhfə verəcək.

Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli  deyib.

Azər Kərimli deyib ki, COP29-da qəbul olunan qərarlar ölkələrin iqlim dəyişikliklərinin fəsadları ilə mübarizə imkanlarını genişləndirəcək və onların dəyişən ekoloji şəraitə daha asan və effektiv uyğunlaşmalarına imkan verəcək:

"Sirr deyil ki, iqlim dəyişikliyi XXI əsrin ən qlobal problemlərindən biri hesab olunur. İqlim dəyişiklikləri, yalnız ekosistemlərə yox, hər şeyə , o cümlədən iqtisadiyyata, insanların sosial rifahına, sülhə, təhlükəsizliyə də təsir göstərir.

Bakıda keçirilən COP29-un ən mühüm nəticələrindən biri iqlim dəyişikliyi ilə mübarizədə qlobal maliyyə dəstəyinin artırılması oldu.

Bu artım iqlim dəyişikliyinin təsirlərinə həssas olan ölkələri dəstəkləmək, bərpa olunan enerjiyə keçidi maliyyələşdirmək və təbii fəlakətlərin qarşısını almaq üçün istifadə olunacaq.

Fondun böyük hissəsi Afrika, Cənub-Şərqi Asiya və Latın Amerikası kimi regionlarda yerləşən ölkələrə yönəldiləcək. Bundan əlavə, bu maliyyə kiçik ada dövlətlərinə iqlim dəyişikliyindən qorunmaq üçün texnologiya və infrastruktur həllərinə çıxış imkanı verəcək. Bu məbləğin bir hissəsi karbon emissiyalarını azaltmaq üçün yaşıl texnologiyaların və innovativ həllərin işlənib hazırlanmasına sərf olunacaq".

Millət vəkilinin sözlərinə görə, COP29  Azərbaycanın həm ekoloji problemlərin həllində fəallığını, həm də yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir:

"Azərbaycanın sədrlik etdiyi COP29 şübhəsiz ki, ən uğurlu zirvə kimi tarixə düşəcək və iqlim dəyişikliklərinin fəsadları ilə mübarizədə yeni standartların formalaşmasına yol açacaq ".

Избранный
17
sabahinfo.az

1Источники